Haqqımızda

Şirkətimiz haqqında və brendimizin təqdimatı ilə tanış olun

🌿 «eko products» şirkəti olaraq ölkəmizə kimyəvi tərkiblərdə olmayan, təbii və orqanik gigiyena məhsulları gətirməyi planlaşdırırq. Bundan başqa gələcəkdə nəinki gigiyena həmçinin qida və məişət sahəsində də təbiətə zərərsiz və orqanik məhsullar idxal etmək başlıca hədəflərimizdən biridir.

🏬 Hələ ki, az sayda əməkdaşlıq etdiyimiz xarici şirkətlərin məhsularını Azərbaycana idxal edərək onlayn satış vasitəsilə alıcılara çatdırırıq. Yaxın zamanlarda satış şəbəkələrimizi böyüdərək müxtəlif aptek və supermarket şəbəkələrində də satışa çıxarmağı planlaşdırırıq.

🌟 Biz əməkdaşlıq etdiyimiz "The Humble Co." şirkətinin kimyəvi tərkiblərdə olmayan, təbii və orqanik gigiyena məhsullarını təklif edirik. 🇸🇪 İsveç diş həkimlərinin nəzarəti altında tibbi mühəndislər tərəfindən dizayn edilmiş və istehsal edilmiş məhsullarla daha sağlam planetdə, daha sağlam insanlar, həyat üçün çalışırıq.💚

🪥 Dünyada hər il 10 milyarddan çox plastik ağız baxımı məhsulu istehlak edilir. 🚮 Bu tullantıların əksəriyyəti təkrar emal olmadığı üçün ətraf mühitə ziyan vurur, məhz həmin ziyan üçün biz bunun qarşısını almalıyıq!

🌱 Biz sizə adi plastik məhsullara alternativ olaraq gözəl və sadə dizayna məxsus “The Humble Co.” təbii və orqanik gigiyena məhsulları təklif edirik. Məhsullar ekoloji və orqanik olmaqla nə sizin sağlamlığınıza nə də planetimizə heç bir zərər vermir. Təbiəti və ən önəmlisi öz sağlamlığımızı qorumaq üçün ekoloji təbii məhsullara keçmək lazımdır.

🌍 Çünki yaşamaq üçün ikinci bir planet mövcud deyil və biz bu səbəbdən varıq. 🙋🏻‍♀️🙋🏻‍♂️

Məhsullarımız

Bütün məhsullarımız ilə tanış olun

Məhsullarımızdan sifariş edərək həm sağlamlığınızın qeydinə qalın, həm planetimizi plastik tullantılardan qoruyun, həm də "Umico" və "ƏDV Geri Al" ilə bonuslar yığın.

The Humble Diş fırçaları

🪥 Diş həkimləri tərəfindən seçiləm ən yüksək keyfiyyətli fırçalarla təchiz edilmişdir. Bu ikonik diş fırçası bu günə qədər 35 milyondan çox satış ilə dünya lideridir.

The Humble Diş pastası

🦷Dişlərinizin parlaqlığını qorumaq üçün xüsusi olaraq hazırlanmış diş pastaları həm sizin sağlamlığınız üçün, həm də təbiət üçün zərərsiz tərkiblərdən hazırlanır. Humble diş pastalarından istifadə edərək təbəsümlərinizi daha da parlaq edin.

The Humble Diş pastası tabletləri

🦷 Diş pastası tabletləri susuz adi diş pastaları kimidir. Bu o deməkdir ki, bu tabletlərdən istifadə edərkən sudan istifadə etməyəcəksiniz, ağzınıza qoyub çeynəyib, dişlərinizi sürtəcəksiniz. Bu isə öz növbəsində suyun daha az istifadəsinə gətirib çıxaracaq.

The Humble Ağız yaxalama suyu

👄 Bəzən ağız qoxusu ətrafımızdakıları bizdən uzaqlaşdırır. Ağız yuma suları ilə nəfəsinizi daima təravətli saxlayın.

Xüsusi tərkiblə, alkoqolsuz hazırlanan sularımız, dişlərini sürtməsinə baxmayaraq ağız qoxusundan əziyyət çəkənlər üçündür.

The Humble Diş Sapı və Çöpü

🌿 Nanə aromaları ilə hazırlanan diş ipləri həmiçinin diş çöpü kimi istifadə edilə bilər. Dişlərin əl çatmaz yerlərində yerləşən cisimləri çıxarmaq üçün xüsusi olaraq dizayn olunmuş saplar ilə dişlərinizi təmizləyə və nanə aroması ilə xoşagəlməz qoxulardan azad ola bilərsiniz.

The Humble Breketli dişlər üçün fırça

🦷 Böyük diş fırçalarının daxil olmadığı yerləri, kiçik fırçalarla təmizləyin.

Xüsusilə breketli dişləri təmizləmək üçün dizayn olunmuş, yumşaq fırçalı, bambuk tutacaqlı fırçalarla yalnız dişlərinizin deyil, həm də breketlərinizin tutduğu yerləri təmizləyin.

OH HEY, FOR BEST VIEWING, YOU'LL NEED TO TURN YOUR PHONE