Shahla Alasgarli

About

Hello Everyone✌💁I'm Shahla Alasgarli.I'm a youtuber.It's my website.You can see everything here about my channel.I'm a youtuber since 2020 and I am seriously obsessed with it.
Loves,
Shahla

My YouTube Channel

Subscribe!!!

So,hey!!!Here you can see every kind of video!Just CHILL out!I am so excited already!🙌🏿✌🏻🎈

My latest video!

My most popular video!

House tour!*come on people*

My Top Picks

My top recommendations to my followers

Watch,read and listen to them!

Recommendation #1

🎥👏🏻💚✌🏻🎈👍🏻🙌🏿

Editing channels

Recommendation #2

Listen to this girl!I am obsessed with her songs!

Billie Eilish

Recommendation #3

These are the books That I love reading!
1-Harry Potter
2-Les Misérables
3-The old Man and the Sea
4-Ali and Nino

Aqata Kristi

Məşhur yazıçı haqda bilinməyənlər

Bir çox məşhur yazıçıların həyatı ilə maraqlananda bəlli olur ki, onların çoxunun uşaqlığı acınacaqlı və keşməkeşli keçib. Aqatanın bu cəhətdən bəxti gətirmişdi. O, 1890-cı ildə İngiltərənin Denvor qraflığında ABŞ-dan köçüb gəlmiş zəngin mühacir ailəsində dünyaya göz açan qızcığazın böyüdüyü mühit gələcəkdə yazacağı əsərlərində apaydın təsvir olunacaqdı. Ailənin kiçik uşağı olan Aqata gözəl ailə tərbiyəsi almış, musiqi təhsili görmüşdü.
11 yaşının tamamında atasını itirən Aqata anasının himayəsində böyüyür. O, 8 yaşına kimi heç bir məktəbdə təhsil almır, çünki anası bunun əleyhinə idi. Amma Kristi hələ 4 yaşında yazmağı bacarırdı.
Yaşıdlarından, bacı-qardaşından çox fərqlənən balaca qızın sanki öz dünyası var idi. Aqata həmişə xəyalında canlandırdığı obrazlarla söhbətləşir, fikirlərini onlarla bölüşürdü. Elə həmin dövrlərdə Artur Konan Doylun "Mavi karbunkul" adlı detektiv romanının səs-sorağı Kristiyə də gəlib çıxır. Romanı oxuyar-oxumaz balaca qızcığaz özünə söz verir: "Nə vaxtsa mən də detektiv roman yazacağam!".
Aqata ilk əsərlərini anasının təsiri ilə yazır. Güclü soyuqdəymədən yatağa düşən qıza anası darıxmaması üçün kiçik hekayələr yazmağı məsləhət görür. Sonralar Aqata müsahibələrində deyirdi ki, yazıçılığa bir hobbi kimi yanaşırmış: "Əgər kitablarımı heç kim oxumasa belə, mən onları həyat yoldaşım 
Onun yalnız bir arzusu var idi: xoşbəxt ailə həyatı... Baletla məşğul olan Kristi ilk həyat yoldaşı ilə rəqs meydançasında tanış olur. Hündür, sarışın və bir qədər ədəbsiz hərbçi Arçibald onun diqqətini ilk baxışdan cəlb edir. Bir müddət sonra o, Arçi ilə birgə həyata razılıq verir. 1914-cü ildə mayor Arçibalıdi Kristi ilə ailə qurur.Birinci Dünya Müharibəsinin başlanması ilə əlaqədar Arçi cəbhəyə gedir. Aqata isə hospitalda işlədiyindən onlar nadir hallarda görüşə bilirlər. Tibb bacısı vəzifəsində çalışan gələcəyin məşhur yazarı bu işindən həmişə razılıq edirdi: "Bu, insanın məşğul ola biləcəyi ən yaxşı peşədir". Müharibə bitdikdən sonra cütlük xoşbəxt yaşamağa davam edir. Bu illər Kristi üçün çox düşərli olur. Həyat yoldaşı biznesdə fəaliyyət göstərir, özü isə qızının qayğısına qalır və ara-sıra cızma-qaralarını edir. İlk kitabından aldığı qonorara ev alır. İkinci uşaq barəsində fikirləşən Aqatanın fikri ərinin dedikləri ilə üst-üstə düşmür. Arçi bir övladla kifayətləndiyini deyir: "Ondansa, ikinci maşın almaq daha məqsədə uyğundur". Nəhayət onlar ayrılırlar. Lakin onlar ayrılsalar da Aqata dünyada məhz onun soyadı-Kristi ilə tanınmışdır.
1926-cı ili Aqata "Ömrümün ən çətin ili" adlandırır. O zaman anası rəhmətə gedir. Çətinlik çəkən Kristi həyat yoldaşını köməyə çağıran zaman aldığı cavab bu olur: "Yol uzundur və mən bazar günü qolf oynunu izləmək istəyirəm". Bütün bu baş verənlər Aqatanı "boğurdu". Getdikcə Aqatada amneziya əlamətləri peyda olur. Qızlarının ad günündə Arçinin müdirinin katibəsinə vurulduğunu və Kristidən boşanmaq istəyini bildirməsi ilə vəziyyət daha da gərginləşir: ailə həyatı sona çatır. Lakin yaşanılan çətinliklərə baxmayaraq yazıçı yazmağa davam edirdi və Aqata Kristi bir yazıçı kimi ilk böyük uğura 1926-cı ildə "Rocer Ekroydun qətli" romanının nəşrindən sonra atmışdır.
...Məşhur romanların müəllifi birdən yoxa çıxır. İki həftədən artıq London  polisi onun axtarışıyla məşğul olur. Bir müddət sonra Kristinin avtomobilini yol qırağından tapırlar. Onun öldürüldüyü haqda müxtəlif şayiələr dolaşmağa başlayır. Günahkarların siyahısında əri birinci dayanmışdı. Çünki ortaya qoyulan faktlar bunu təsdiqləyirdi: avtomobilin Arçinin məşuqəsi ilə dincəldiyi məkandan tapılması, maşının içində Aqataya aid əşyaların olması və s.
Qəzetlər onun ölümündən yazdığı zaman Aqata mehmanxanaların birində gizlənib özü haqda deyilənləri diqqətlə izləyirdi. Onun bir istəyi var idi: ərini onun ölümündə günahkar bilsinlər. O, mehmanxanada yaşayaraq ərinin əzab çəkməsi barədə yazılan məqalələri oxuyub ləzzət alırdı. Mətbuata elan olundu ki, Aqata yaddaşını itirdiyindən kimliyini unudub. Kristini sağ və salamat tapanda qəzetlər onun "Rocer Ekroydun qətli" romanının reklam kompaniyası olduğunu aləmə car çəkdi.A.Kristi hoteldə məhz ərinin sevgilsinin adı ilə-Tereza Nil adı ilə qeydə alınmışdı.Kristi özünün yoxa çıxmasını heç cür izah etmək istəmədi.Həkimlər bunu başından alıdğı zədədən sonra onda amneziya yarandığını bildiridilər. Yazıçının yoxa çıxma səbəbinə britanıyalı psixoloq Endryü Norman özünün "Hazır portret " kitabında aydınlıq gətirir. Onun düşüncəsinə görə, travmatik amneziya versiyası doğru deyil: çünki Aqatanın davranışları bunun əksini gösətirirdi.
Müsahibələrinin birində etiraf edir: "Romanlarım üçün süjeti mən qab yuyarkən tapıram. Bu axmaq məşğuliyyət həmişə qətllər haqqında fikirlərə sövq edir".

Aqata I Dünya müharibəsi illərində hərbi hospitalda tibb bacısı işləmiş,əczaçılığı öyrənmişdir. Bu onun əsərlərindən də aydın hiss olunur. Detektivlərinin 83-də qəhrəmanlarını zəhər içdirərək "öldürüb". Bunun digər səbəbini Kristi qan içində uzanmış ölülərdən xoşu gəlmədiyini və odlu silahlardan başı çıxmadığı ilə əlaqələndirib.

Oxucuların hisslərinə hörmətlə yanaşdığından Aqata Kristi heç vaxt seksual cinayətləri romanının mövzusuna çevirməyib. O bildirirdi ki, seksual zorakılıq insanın hisslərinə mənfi təsir edir və oxucunu əsərin əsas xəttindın ayırır.

Hamının sevdiyi personaj Erkül Puaro Aqata Kristinin ilk romanından ortaya çıxıb. Bu qəhrəman onun son romanlarının birində ("Pərdə") vəfat edir. Maraqlıdır ki, bu roman nəşr olunandan 40 il əvvəl yazılmışdı. Amma naşirlər sevimli personajın ölümü ilə bağlı olan kitabı çap eləməkdən boyun qaçırırdılar.

60 yaşında yazıçı vaxtilə opera sənətçisi olmağı arzuladığını söyləyib. Amma səsinin olmaması onun bu arzusunu ürəyində qoyub.

Milad bayramı ərəfəsində evlənən Aqata mərasimdə ağ paltar və fata əvəzinə plaş və qırmızı şlyapa geyinmişdi.

Aqata Kristinin yazmaq vərdişi qəribə idi: ona isti vanna və alma lazım olurmuş.

Kristi 60 detektiv roman və 19 hekayə məcmuəsi çap eləyib. Başqa dillərə tərcüməyə görə,Şekspirdən sonra o, ikinci ingilis yazıçısıdır.

Aqata Kristinin nəvəsi evlərinin çardağından nənəsinin 27 kasetə yazdığı audiomüsahibəsini tapıb. Aqata Kristi burada bütün həyatını kiçik detallara qədər danışıb. Burada bəzi intim məqamlar olduğuna görə kasetlərin hamısı ictimaiyyətə açıqlanmayıb. Kaset kolleksiyası çardaqda 40 il gizli qalıbmış.

Yazıçının 1952-ci ildə Londonun Ambassador teatrında səhnəyə qoyulmuş "Tələ" pyesi teatr tarixində ən çox oynanılmış pyesdir.
Yazıçı 1976-cı il yanvarın 12-si vəfat edib. O, öz avtobioqrafiyasını bu sözlərlə bitirir: "Yaşadığım həyat, mənə bəxş olunan sevgi üçün Allahıma təşəkkür edirəm..."
Əsərləri

Qolf Meydançasında Qətl

Səssiz Şahid

Əlifba Sırası ilə Qətl

Mesopotomiyada Qətl

Böyük Dördlük

Buludların Üzərində Ölüm

Üç Pərdəli Faciə

Endhauzun Sirri

Puaro İstintaq Aparır

Erkülün Qoçaqlıqları

Staylzada Müəmmalı Hadisə

Erkül Puaronun Milad Bayramı

Rocer Ekroydun Qətli

Ölümlə Görüş

Günəş altında Şər

"Şərq Ekspresi"ndə Qətl

Mavi Qatarın Sirri

Qəhvəyi Kostyumlu Kişi

Fayton Məhləsində Qətl

İnanimaz Oğurluq

Ölmüş Adamin Güzgüsü

Rodos Üçbucağı

Buludların üzərində ölüm

Vikarın evində qətl

Nildə ölüm

My New Youtube Video

Like and subscribe,please🥺

Just take a look to my channel,chill out✌🏻

DHWM|DO HOMEWORK WITH ME|FRENCH|SHAHLA ALASGARLI

Mənim yeni videom

İzləməyi,layk atmağı və abunə olmağı unutmayın!

Hamınızı çox sevirəm!🌻🦋

15 İYUN MİLLİ QURTULUŞ GÜNÜ|VİDEONUN ALTINI OXUYUN|SHAHLA ALASGARLİ

You Are going to be in shockk!

LOOK WHAT YOUTUBE CORPORATIONS SENT TO ME😱😱😱

OH HEY, FOR BEST VIEWING, YOU'LL NEED TO TURN YOUR PHONE